Bia.Az

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırdı

İdman
 27-12-2023, 01:20     495

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı dekabrın 26-da qala mərasimi təşkil edib.
Teleqraf.com xəbər verir ki, tədbirə dövlət və hökumət rəsmiləri, federasiyaların rəhbərləri, titullu idmançılar və media nümayəndələri qatılıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.
Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan üçün bir sıra vacib hadisələrlə yadda qaldığını bildirib. Bu il ölkəmizin suverenliyinin tam təmin olunduğunu vurğulayan nazir Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə “Qarabağ” və MOİK komandaları arasında keçirilmiş oyunu ən uğurlu idman tədbiri adlandırıb. Azərbaycanın bu il də nüfuzlu yarışlara ev sahibliyi etdiyini söyləyən Fərid Qayıbov idmançıların beynəlxalq turnirlərdən çoxlu medallarla qayıtdıqlarını və doqquz Olimpiya lisenziyası qazanıldığını diqqətə çatdırıb. Bu münasibətlə idman ictimaiyyətini təbrik edən nazir qarşıdakı Olimpiya ilində bütün idmançılara uğurlar arzulayıb.
Ümummilli Lider Heydər Əliyevlə bağlı videoçarxın nümayiş olunmasından sonra 19 nominasiya üzrə qaliblərin adları açıqlanıb.
İlin ən yaxşı qadın idmançısı
1. Zöhrə Ağamirova (bədii gimnast)
2. Gövhər Beydullayeva (şahmat)
3. İrina Zaretska (karate)
İlin ən yaxşı kişi idmançısı
1. Hidayət Heydərov (cüdo)
2. Mixail Malkin (idman gimnastikası)
3. Həsrət Cəfərov (yunan-Roma güləşi)
İlin ən yaxşı qadın komandası
1. Bədii gimnastika üzrə milli komanda
2. Şahmat üzrə yığma
3. "Neftçi" basketbol klubu
İlin ən yaxşı kişi komandası
1. "Qarabağ" futbol klubu
2. Yunan-Roma güləşi üzrə yığma
3. Tamblinq üzrə milli komanda
İlin ən yaxşı məşqçisi
1. Qurban Qurbanov ("Qarabağ")
2. Siyana Vasileva (bədii gimnastika)
3. Rüstəm Alimli (cüdo)
İlin ən yaxşı hakimi
1. Nazim Umbayev (cüdo)
2. Sədi Quliyev (güləş)
3. Asif Şirəliyev (güləş)
İlin ən yaxşı tibbi personalı
1. Ramin Vəliyev (cüdo)
2. Zaur Abdullayev (boks)
3. Milli İdman Tibb və Reabilitasiya İnstitutu
İlin ən yaxşı idman federasiyası
1. Azərbaycan Gimnastika Federasiyası
2. Azərbaycan Cüdo Federasiyası
3. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
İlin ən yaxşı idman klubu
1. “Ocaq Sport” gimnastika klubu
2. "Sabah" basketbol klubu
3. "Qarabağ" futbol klubu
İlin ən yaxşı Olimpiya İdman Kompleksi
1. Quba Olimpiya İdman Kompleksi
2. Şəki Olimpiya İdman Kompleksi
3. Sumqayıt Olimpiya İdman Kompleksi
İlin ən yaxşı idman qurğusu
1. Kür Olimpiya Tədris-İdman Mərkəzi
 Milli Gimnastika Arenası
3. Bakı Su İdman Sarayı
İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi
1. Şuşa Uşaq-Gənclər İdman Məktəbi
2. "Ulduz" Futbol Akademiyası
3. Su idman növləri üzrə yüksək idman ustalığı məktəbi
İlin ədalətli oyun (fair-play) mükafatçısı
1. Qurban Qurbanov ("Qarabağ" futbol klubu)
2. Azərbaycan Badminton Federasiyası
2. Fariz Hüseynov (cüdo)
İlin ən yaxşı idman tədbiri
1. Atıcılıq üzrə dünya çempionatı
2. "Prezident Kuboku 2023" kanoe və avarçəkmə üzrə beynəlxalq reqata
3. Taekvondo üzrə dünya çempionatı
İlin idman kəşfi
1. Heydər Əliyev adına İdman Konsert Kompleksinin buz meydançası
2. Xədicə Qədeşova (cüdo)
3. Nicat Abbasov (şahmat)
İlin ən fəal idman jurnalisti
1. Zəki Feyzullayev (İdman.biz)
2. Gəray Qiyasov (Real TV)
3. Kənan Hakimov (İctimai Televiziya)
İlin ən yaxşı idman fotoqrafı
1. Dilavər Nəcəfov (Gənclər və İdman Nazirliyi)
2. Rüfət Abdullayev (İdman.biz)
3. Zaur Mustafayev (Trend.az)
İlin ən yaxşı idman filmi
1. "Stadionlar səssiz olanda"
2. "Qızlara ağ yaraşır!"
3. "Mübariz"
İlin ən yaxşı idman media qurumu
1. "CBC Sport"
2. İdman TV
3. İdman.biz
Sonda ilin ən yaxşı 10 idmançısının adları elan olunub:
1. Zöhrə Ağamirova (bədii gimnast)
2. Bədii gimnastika üzrə qrup komandası
3. Zelim Kotsoyev (cüdo)
4. Nikita Simonov (idman gimnastikası)
5. Stend atıcılığı (qarışıq komanda)
6. Hidayət Heydərov (cüdo)
7. Gültac Məmmədəliyeva (cüdo)
8. Leyla Əliyeva (cüdo)
9. Yaşar Nəcəfov (cüdo)
10. Ruslan Lunyov (güllə atıcılığı).
Tədbir bədii hissə ilə davam edibскачать dle 12.1