Bia.Az

“Avroviziya 2024”: 37 ölkə var - SİYAHI

İdman
 22-12-2023, 22:59     452

Dekabrın 22-nə olan məlumata görə, 37 ölkə “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyib: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, San Marino, Serbiya, Sloveniya, Ukrayna, Yunanıstan.

İsveçin Malmö şəhərinin ev sahibi olduğu yarışın ilk yarımfinalı mayın 7-nə, ikinci yarımfinalı mayın 9-na, finalı mayın 11-nə təyin edilib.
İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya”da İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, İsveçrə, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Azərbaycan 13 yarışda finala çıxıb. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.

2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar yarımfinalda ələniblər.

BİA.az
скачать dle 12.1