Bia.Az

BÖYÜK BEŞLIKDƏ - Kim irəlidə, kim geridə...

İdman
 18-12-2023, 15:41     492

Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb.

BİA.az xəbər verir ki, Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Arsenal” 39 xalla öndədir. “Liverpul” və “Aston Villa” 38, “Mançester Siti” 34, “Tottenhem” 33 xal toplayıb.

İspaniya çempionatına 42 xalla “Real” başçılıq edir. “Jirona” 41, “Barselona” 35, “Atletiko” 34, “Atletik” 32 xal götürüb.

İtaliya çempionatında “İnter” 41 xalla liderdir. “Yuventus” 37, “Milan” 32 xal yığıb.

Almaniya çempionatında “Bayer” zirvədədir: 39 xal. Lideri 35 xalla “Bavariya”, 32 xalla “Leypsiq”, 31 xalla “Ştutqart” izləyir.

Fransa çempionatında PSJ 37, “Nitsa” 32, “Monako” 30, “Lill” və “Brest” 28 xal əldə edib.




BİA.az
скачать dle 12.1