Bia.Az

“Qarabağ”ın futbolçusu SAXLANILIB? - DİN-dən AÇIQLAMA/YENİLƏNDİ

İdman
 9-10-2023, 01:50     605

Futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması xəbəri yanlışdır.

Bu barədə Publika.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.
O, qeyd edib ki, E.Cəfərquliyev qarşılaşmadan sonra çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Bundan sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib.
Araşdırmalar davam etdirilir.

xxx

Premyer Liqanın 9-cu turunda “Neftçi” - “Qarabağ”la qarşılaşıb.

Publika.az xəbər verir ki, ağdamlıların əldə etdiyi 2:0 hesablı qələbədən sonra insident yaşanıb. Belə ki, oyundan sonra komandanın futbolçusu Elvin Cəfərquliyev polis şöbəsinə aparılıb.

Klub rəsmiləri bundan xəbər tutan kimi 24-cü polis bölməsinə yollanıblar.

Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.скачать dle 12.1