Bia.Az

İsraildə koronavirusa yoluxanların sayı artıb

 28-04-2020, 09:28     69

İsraildə koronavirusa yoluxanların sayı artıb
İsraildə son bir gün ərzində COVID-19 infeksiyasına 89 yeni yoluxma halı aşkar edilib.

“bia.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda İsraildə 15 555 nəfər koronavirusa yoluxub. Onlardan 126-sının vəziyyəti ağırdır. Hazırda 96 nəfər süni ağciyər ventilyasiya aparatı ilə nəfəs alır.

Bildirilib ki, son 24 saat ərzində COVID-19-a yoluxan 404 nəfər sağalıb.

Ümumilikdə, ölkə üzrə koronavirus daşıyıcısı olan 7 200 şəxsin müalicəsi müsbət nəticələnib və onlar xəstəxanadan evə buraxılıblar.скачать dle 12.1