Almaniyada virusdan ölənlərin sayı 5 500-ə çatdı
Almaniyada koronavirusdan son sutkada daha 179 nəfər ölüb.
“bia.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Robert Kox İnstitutu yayıb.
Bildirilib ki, virusdan ölənlərin sayı 5 500-ə çatıb. Məlumat görə, son sutkada koronavirusa 2 055 nəfər yoluxub. Bununla da onların sayı 152 438 nəfər olub. Mütəxəssislər bildirib ki, bu müddət ərzində 109 800 nəfər müalicə edilərək sağalıb. Bir gündə sağalanların sayı isə 3 min nəfərə yaxın çoxalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.