Bia.Az

"Sabah" - "Beşiktaş" matçında 6 qol vuruldu

İdman
 13-05-2023, 23:25     787

Xeyriyyə matçı çərçivəsində "Sabah" - "Beşiktaş" qarşılaşması start götürüb.

Axar.az xəbər verir ki, matça komandalar aşağıdakı heyətlə çıxıblar:
"Sabah": 12. Yusif İmanov, 7. Boyan Letiç, 2. Amin Seydiyev, 19. Con İrasabal, 13. Abdullaye Ba, 10. Aleksey İsayev, 15. Kristian Da Silva, 4. Elvin Camalov (k), 8. Aleksey Kaşuk, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh
"Beşiktaş": 34. Mert Günok, 2. Velentin Rozyer, 20. Necip Uysal (k), 23. Velinton, 77. Umut Meraş, 22. Berkay Vardar, 17. Kerem Atakan Kesgin, 44. Aleksandru Maksim, 4. Onur Bulut, 40. Cekson Muleka, 35. Semih Kılıçsoy.
***
"Sabah" matçın 3 və 5-ci dəqiqəsində Kaşyukun qolları ilə "Beşiktaş"a qalib gəlir: 2-0.
***
"Beşiktaş" qarşılaşmanın 23-cü dəqiqəsində Umut Meraşın qolu ilə fərqi azaltdı: 2-1.
***
U.Meraş qarşılaşmanın 44-cü dəqiqəsində hesabı bərabərləşdirdi: 2-2.
***
Cenk Tosun penalti zərbəsi ilə görüşün 63-cü dəqiqəsində "Beşiktaş"ı hesabda önə çıxardı: 2-3.
***
Qarşılaşmanın 67-ci dəqiqəsində Volkov "Sabah"ın bərabərlik qoluna imza atdı: 3-3.
***
"Sabah" - "Beşiktaş" qarşılaşması 3-3 hesabı ilə yekunlaşdı.скачать dle 12.1