Bia.Az

Şahmat üzrə yeni dünya çempionu məlum oldu

İdman
 1-05-2023, 13:00     764

Rusiyalı qrossmeyster Yan Nepomnyaşi şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün dördüncü oyununda çinli Din Lijenə ağ fiqurlarla məğlub olub.
 
Turantv.az xəbər verir ki, Astanada klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib – 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyun təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb. Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Nepomnyaşi 68-ci gedişdə təslim olub.

Din Lijen şahmat üzrə 17-ci dünya çempionu adını qazanıb. O, bu ada layiq görülən ilk Çin təmsilçisi olub.скачать dle 12.1