Bia.Az

Erməni futbolçu "Qalatasaray"dan imtina etdi

İdman
 15-02-2023, 08:50     687

Türkiyə "Qalatasaray"ı Rusiyanın "Dinamo" (Moskva) klubunun futbolçusu Arsen Zaxaryanı transfer edir.

Axar.az xəbər verir ki, "sarı-qırmızılılar" erməni əsilli yarımmüdafiəçinin keçidi barədə Moskva təmsilçisi ilə razılığa gəlib.

İddiaya görə, İstanbul klubu 20 yaşlı oyunçu üçün ümumilikdə 13 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Arsen Zaxaryan Rusiya milli komandasının formasını da geyinir.

***

"Dinamo"nun yarımmüdafiəçisi Arsen Zaxaryan "Qalatasaray"a transferdən imtina edib.

Bu barədə "Championat.com" məlumat yayıb.

"A.Zaxaryan Türkiyəyə getmək istəməyib və danışıqlardan imtina edib", - deyə bildirilib.скачать dle 12.1