Bia.Az

Tarixin ən yaxşı 10 futbolçusunun adı açıqlandı

İdman
 8-01-2023, 20:11     655

Məşhur “FourFourTwo” nəşri dünyanın ən yaxşı futbolçularının siyahısını açıqlayıb.Qaynarinfo xəbər verir ki, nəşrin açıqladığı futbol tarixinin ən yaxşı 10 oyunçusu siyahısında bir sıra tanınmış adlar yer alıb. Nəşrin versiyasına görə, siyahının ilk iki pilləsində argentinalı futbolçular – Lionel Messi və Dieqo Maradona qərarlaşıb. “İlk üçlüy”ü isə portuqaliyalı superulduz Kriştiano Ronaldo qapayıb. Dekabrda dünyasını dəyişən əfsanəvi braziliyalı Pele isə 4-cü pillədə qərarlaşıb.

Siyahını təqdim edirik:

10. Ronaldo (Braziliya)

9. Ferents Puşkaş (Macarıstan)

8. Frants Bekenbauer (Almaniya)

7. Corc Best (Şimali İrlandiya)

6. Yohan Kroyf (Niderland)
Zineddin Zidan(Fransa)


4. Pele (Braziliya)

3. Kriştiano Ronaldo (Portuqaliya)


2. Maradona (Argentina)


1. Lionel Messi (Argentina)
скачать dle 12.1