Bia.Az

Britaniyada 19 həkim koronavirusun qurbanı oldu

İdman
 11-04-2020, 17:47     418

Britaniyada 19 həkim koronavirusun qurbanı olduBöyük Britaniyada koronavirusdan 19 tibb işçisi ölüb.

“bia.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu krallığın səhiyyə naziri Mett Xenkok bildirib.

“Onların çoxu bu ölkənin səhiyyə sistemində işləməyə gəlmişdi”, - deyə nazir vurğulayıb.

M.Xenkok qeyd edib ki, tibb işçilərinin ölüm faktları araşdırılacaq: “Onların ölümü müdafiə ləvazimatları və geyimlərinin çatışmazlığı ilə bağlı deyil”.

Qeyd edək ki, Böyük Britaniya Krallığı üzrə koronavirusdan 8 958 nəfər ölüb, 73 min 758 nəfər virusa yoluxub. Xəstəxanadakıların sayı isə 19 min 304 nəfərdir.скачать dle 12.1