Bia.Az

Fransada COVID-19 infeksiyasından ölənlərin sayı 12 mini keçib

İdman
 10-04-2020, 09:44     387

Fransada COVID-19 infeksiyasından ölənlərin sayı 12 mini keçibFransada bir gün ərzində koronavirusdan 424 nəfər dünyasını dəyişib.

“bia.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ölkədəki xəstəxanalar, tibbi və sosial təşkilatlardakı koronavirus qurbanlarının sayı 12 mini ötüb. Belə ki, martın 1-dən Fransa xəstəxanalarda 8 044 nəfər ölüb. Dünyasını dəyişənlərin 42 faizi 70 yaşdan yuxarı olan şəxslərdir.

Salomon, epidemiyanın başlandığı gündən bəri qocalar evlərində 4 166 nəfərin öldüyünü diqqətə çatdırıb:

“Beləliklə, Fransada ölənlərin ümumi sayı 12 210 nəfərə çatıb”- deyə, o bildirib.скачать dle 12.1