Bia.Az

Həkim AÇIQLADI: Koronavirus bu tarixdə yox olacaq, əgər insanlar...

İdman
 9-04-2020, 12:11     499

Həkim AÇIQLADI: Koronavirus bu tarixdə yox olacaq, əgər insanlar..."Zənnimcə, havalar isindikcə, yayılma prosesi azalmağa doğru gedəcək".

Bunu bia.az-a açıqlamasında hepatoloq, infeksionist Mərdan Əliyev deyib.

İnfeksionist COVID-19 virusunun artım tempindən söz açıb: "Ümumiyyətlə, infeksion xəstəliklərdə belə bir xüsusiyyət var ki, xəstəlik zamanla həndəsi silsiləyə doğru artır. İlk yoluxma beş nəfərdə olursa, onlar da hərəsi iki nəfərə yoluxdurur. Bu da on nəfər edir. Çoxalma müşahidə edildikdən sonra həmin on nəfər daha iki nəfəri yoluxdurur və bu, iyirmi nəfər edir. Beləliklə, qırx, səksən və bu templə artmaqda davam edir. Koronavirus infeksiyasında isə bir nəfər təxminən 2,5 nəfəri yoluxdurur".

M.Əliyev havanın koronovirusa təsiri barədə bunları deyib: "Koronavirus infeksiyası kəskin respirator xəstəliklərdən sayılır. Kəskin respirator xəstəliklər əsasən, payız və qış aylarında meydana çıxır. Mövsümü isə təqribi dekabr ayından mart ayının sonlarına qədərdir. Daha sonra sönmə prosesi başlayır. Soyuq havada koronovirusu təsirli edən əsas səbəb günəşin ultrabənövşəyi şüalarının az olmasıdır. Bu virus əsasən, 30 dərəcənin altında inkişaf edir. 30 dərəcədən yuxarı isə öz təsirini itirir. Bu günə qədər ortaya çıxan yoluxma halları isə 18 dərəcənin altında inkişaf edib. 18 dərəcənin üzərində təqribən 5% yoluxma halları var. Ərəbistan və Afrika ölkələrində digər ölkələrə nisbətən yoluxma halları dəfələrlə azdır. Yoluxanlar da daha çox Avropa ölkələrindən qayıdanlardır. Yəni yayılma səbəbi onlardır".

İnfeksionist bildirib ki, vaksinin tezlikdə tapılması real görünmür: "Vaksinin tapılma prosesi uzun məsələdir. Qısa müddətdə vaksinin tapılması mümkün deyil. İnsan üzərində testlər edilir. Virusun üzərində olan antigenləri hər dəfə götürüb, tək-tək yoxlayırlar. Uyğun gəldikdə saxlanılır, gəlmədikdə isə digəri yoxlanılır. Hər yoxlama prosesi isə 4-5 ay çəkir".

Son olaraq Mərdan Əliyev insanları tədbirli davranmağa səsləyib: "Zənnimcə, havalar isindikcə, yayılma prosesi azalmağa doğru gedəcək. Daha dəqiq desəm, aprelin sonlarına yaxın infeksiya öz təsirini itirməyə başlayacaq. Vaksinin tapılmadığı bir dönəmdə vətəndaşlarımızı sosial izolyasiya tədbirlərinə əməl etməyə dəvət edirəm. Hər kəsin üzərinə məsuliyyət düşür. İnsanlarımız həm özünü, həm ailəsini, həm də cəmiyyəti düşünməlidir. Karantin qaydalarına ciddi əməl olunarsa, biz bu virusa qalib gələ bilərik".скачать dle 12.1