Bia.Az

Mundiala aparılmayan olimpiya çempionundan ETİRAZ - "Federasiya bizə şərait yaratmır"

İdman
 3-11-2022, 18:20     349

Azərbaycan taekvondoçusu Radik İsayev Meksikanın Qvadalaxara şəhərində keçiriləcək dünya çempionatı üçün milli komandanın heyətinə salınmamasına münasibət bildirib.

O, "Report"a açıqlamasında buna heç bir izah tapa bilmədiyini söyləyib. 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu olmuş idmançı mundialdan kənarda qalmasında federasiyanı günahlandırıb.

Titullu taekvondoçunun sözlərinə görə, onunla yanaşı, 87 kq-da mübarizə aparan Milad Beiqi Harçeqani də karyerasını davam etdirmək, nüfuzlu yarışlara qatılmaq istəyir: "Amma milli komandada bunun üçün bizə şərait yaratmırlar".

Qeyd edək ki, Radik İsayev və Milad Beiqi Harçeqanidən başqa, Fəridə Əzizova da Meksikaya aparılmayacaq. 67 kq-da yer alan qadın taekvondoçu zədəli olduğu üçün yığmadan kənarda qalıb.

Dünya çempionatı 14 - 20 noyabrda təşkil olunacaq.
скачать dle 12.1