Bia.Az

Gizli kameraya düşən bu GÖRÜNTÜLƏR izləyənləri qorxuya salır - VİDEO

Hadisə
 22-10-2022, 19:49     246

Qadının uşaqları ilə yatarkən kameralara düşən görüntüləri qısa zamanda sosial mediada ən çox izlənilənlərdən birinə çevrilib.

Musavat.com xəbər verir ki, sözügedən videoda evdə baş verən müəmmalı hadisələr izləyənləri dəhşətə gətirib.
Harada çəkildiyi məlum olmayan görüntülərdə ana və uşaqları yatarkən uşaqların öz-özünə hərəkət edən oyuncaq atı birdən tərpənməyə başlayıb. Atın hərəkətinin fəriqənə varan qadın atı götürüb başqa yerə qoyaraq yatmağa davam edib.
Lakin evin içində baş verənlər digər hadisələr izləyənləri heyrətə salıb. Tez-tez kamera çərçivəsinə girən qara kölgə və evdəki əşyaların yerə düşməsi ilə qadın vaxtaşırı oyanıb və nə baş verdiyini anlamağa çalışıb. Lakin o, heç bir anormallıq olmadığını düşünərək yatmağa davam edib.
Görüntülərin sonlarına doğru mətbəxdəki əşyalar bir-bir yerə tökülməyə başlayanda qadının qorxaraq oyandığı görünür. Uşaqlar da tökülən əşyaların səsi ilə yuxudan oyanıb və qorxu içində analarını qucaqlayıblar.
Qısa zamanda ən çox baxılan videolardan birinə çevrilən bu videonun uydurma olduğunu deyənlər də, real olduğunu iddia edənlər də...
Sözügedən hadisənin görüntülrini təqdim edirik:
Musavat.com
скачать dle 12.1