Bia.Az

Rusiyada silahlı şəxs 5 nəfəri qətlə yetirdi

Hadisə
 5-04-2020, 11:56     356

Rusiyada silahlı şəxs 5 nəfəri qətlə yetirdiRusiyada dəhşətli qətl hadisəsi baş verib.

“bia.az” “TASS”a istinadən xəbər verir ki, hadisə Ryazan vilayətində qeydə alınıb.

Belə ki, tərəflər arasında baş verən mübahisə qanla bitib.

Hələ ki, şəxsiyyəti hüquq mühafizə orqanları tərəfindən açıqlanmayan şəxs silahdan atəş açaraq beş nəfəri güllələyib.

Onların hamısı hadisə yerində keçinib.

Cinayətkar hadisənin baş verdiyi ərazinin yaxınlığında polislər tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1