Bia.Az

Azərbaycanın ABŞ-dakı səfirliyinin atəşə tutulan xidməti avtomobilinin GÖRÜNTÜLƏRİ YAYILDI

Hadisə
 12-10-2022, 14:17     197

Azərbaycanın Vaşinqtondakı səfirliyinin atəşə tutulan xidməti avtomobilinin görüntüləri yayılıb.

BİA.AZ APA-ya istinadla atəşə tutulan avtomobilin görüntülərini təqdim edir:

Qeyd edək ki, bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin atəşə tutulan xidməti avtomobilinin GÖRÜNTÜLƏRİ

скачать dle 12.1