“Chevrolet Camaro”nun vurub öldürdüyü şəxs keçmiş polis rəisi imiş - TƏFƏRRÜAT
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BİA.AZ-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə dənizkənarı bulvar ərazisində qeydə alınıb.
“Chevrolet Camaro” markalı avtomobilin sürücüsü piyada Çingiz Alxasovu vurub.
Nəticədə o hadisə yerində vəfat edib.
Qeyd edək ki, Ç.Alxasov Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.
Faktla bağlı araşdırma aparılır.