Bia.Az

DƏHŞƏTLİ QƏTL: Qayınata kürəkənini namaz qılarkən öldürüb

Hadisə
 9-10-2022, 13:16     206

Türkiyədə qayınata ailə probleminə görə kürəkənini namaz qılarkən tapança ilə güllələyib.

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib.

4 güllə yarası alaraq xəstəxanaya çatdırılan kürəkən həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Bağlar rayonu Alatosun kəndində baş verən hadisədə ailə problemi olduğu deyilən kürəkəni namaz qılarkən qayınatası onun başına və bədəninin müxtəlif nahiyələrinə 4 dəfə atəş açıb. Qətl hadisəsini törədən şəxs daha sonra hadisə yerindən qaçıb.

Hadisə yerinə gələn jandarma qrupları araşdırma apararkən, qaçan şübhəlinin tutulması üçün axtarış işlərinə başlanılıb.скачать dle 12.1