Bia.Az

Türkiyədə oğlu oğurlanan deputat Əhliman Əmiraslanovdur?

Hadisə
 3-10-2022, 15:43     271

Türkiyədə oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğu bildirilir.
BİA.AZ xəbər verir ki, bu barədə Bakupost.az saytı məlumat yayıb.
Qeyd olunub ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. Məlumatlı mənbə A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib.
Ə. Əmiraslanovun köməkçisi Raqif Xəlilov yayılan məlumatların əsassız olduğunu deyib:
“Əhliman müəllimlə əlaqə saxladım. Bildirdi ki, bu xəbərlərin heç bir əsası yoxdur, şayiədir. Heç də belə bir şey olmayıb”.
“Qafqazinfo” da məlumat yayaraq, Azər Əmiraslanovun İstanbulda oğurlanması barədə xəbər verib. Bildirilib ki, A. Əmiraslanov bir müddət əvvəl Türkiyədə yaşayan kriminal aləmin üzvləri ilə problem yaşayıb. O, kriminal dairələrdən Türkiyənin hüquq-mühafizə orqanlarına şikayət edib və onların saxlanılmasına nail olub.


***14:10
Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
BİA.AZ xəbər verir ki, bu barədə Musavat.com saytı məlumat yayıb.
Bildirilib ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Əldə olunan məlumata görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.
Qeyd edilib ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.
Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat veriləcəyi deyilir.
скачать dle 12.1