Bia.Az

Şirvanda 84 nəfərin qoluna qandal vurulub - VİDEO

Hadisə
 1-10-2022, 10:53     290

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları
ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz
dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, soyğunçuluq,
xuliqanlıq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan
ümumilikdə 84 nəfər saxlanılıb. Bu barədə DİA.AZ-a DİN-dən məlumat verilib.



Həmin şəxslərdən 4-ü qadın olmaqla 60-ı narkotik
cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 50-i
barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə polisin nəzarəti altına
vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən müxtəlif çəkidə narkotik
vasitə və psixotrop maddələr, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.
Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və
avtomobillərdən oğurluqlar edən 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11,
vətəndaşlara qarşı soyğunçuluq və xuliqanlıq edən 2 və qanunsuz olaraq odlu silah
saxlayan 2 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb olunub.
Həmçinin şöbə əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən kafelərin
birində qumar oynayan şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunublar.
Həmin kafeni icarə əsasında işlədən şəxs barəsində isə araşdırmalara başlanılıb.
Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə
birgə keçirilən tədbirlərlə 2016-ci ildən bağlı qalmış bir oğurluq hadisəsinin üstü
də açılıb.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq
Bölməsində araşdırmalar davam etdirilir.

Şirvanda 84 nəfərin qoluna qandal vurulub
Şirvanda 84 nəfərin qoluna qandal vurulub


скачать dle 12.1