Bia.Az

Paytaxtda QANLI OLAY: 36 yaşlı kişi tanışını qətlə yetirib

Hadisə
 28-09-2022, 13:24     223

Sentyabrın 27-i saat 04 radələrində Suraxanı rayonu ərazisində 1984-cü il təvəllüdlü Əfqan Qədəşovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Səbuhi Zülalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səbuhi Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.скачать dle 12.1