Bia.Az

Azərbaycanda baş həkim intihara cəhd etdi

Hadisə
 27-09-2022, 16:53     242

Masallı rayon vərəm dispanserinin baş həkimi Mirrəhim Nəbiyev intihara cəhd edib.

Gundem.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumatda onun intihara cəhd etdiyi, lakin həyatı xilas olunaraq Bakıya gətirildiyi bildirilir.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə isə Mirrəhim Nəbiyevin dərmandan zəhərləndiyi qeyd olunur.

Bildirilib ki, hadisənin intihara cəhd olub-olmadığı araşdırılır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə əlaqədar xəstəxanaya daxil olması ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Vəziyyəti ağır olduğundan o Bakıdakı tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Təfərrüatlar həmin şəxsin dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq.скачать dle 12.1