Karantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnib
"Bəzən vətəndaş hələ də qaydalara əməl etmirlər".
"bia.az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün fəaliyyətlərinə qadağa qoyulsa da 41 obyekt qaydaları pozub:
"Buna görə 1 obyekt sahibi həbs olunub, 40 nəfər də cərimə olunub".
O qeyd edib ki, postlardan keçməyə cəhd edən 12 nəfər həbs edilib, 1 243 nəfər cərimə edilib.