Bia.Az

Yol polisi deputat Məşhur Məmmədovu BELƏ SAXLADI - `PRAVA`SI YOX İMİŞ...

Hadisə
 2-09-2022, 10:28     138

Milli Məclisin deputatı Məşhur Məmmədov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılıb.

BİA.AZ editor.az-a istinadən xəbər verir ki, deputatın avtomobilinin saxlanılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, DYP əməkdaşları reyd zamanı deputatın idarə etdiyi avtomobili saxlayır və Məşhur Məmmədovun sürücülük vəsiqəsinin olmadığı bəlli olur. Deputat yol polisi əməkdaşına sürücülük vəsiqəsinin özündə olmadığını, lakin qısa zamanda oğlunun gətirə biləcəyini bildirir.

Lakin DYP əməkdaşı “gecənin bu vaxtı sizin oğlunuzu gözləməliyikmi?” deyərək, millət vəkilinə etiraz edib.

Görüntülərdə deputatı müşayiət edən bir şəxsin polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı, tabesizlik göstərməyə cəhd göstərdiyi görünür. Həmin şəxs polisin ona “vətəndaş” deyə müraciətinə “mən sənin üçün vətəndaş deyiləm, bağırma” - deyə reaksiya verib. Görüntülərdən reydin payız və ya qış aylarında keçirildiyi görünür.

Qeyd edək ki, Məşhur Məmmədov Milli Məclisin iri ranqlı biznesmen deputatlarından biri hesab edilir.

VİDEO BURADA:
https://player.bizim.media?v=9748&share_user_id=


скачать dle 12.1