Bia.Az

Jurnalist xanım Sumqayıtda təzyiqlərə və təhqirlərə məruz qaldı - FOTO

Hadisə
 24-08-2022, 14:14     429

BİA.az xəbər verir ki, Qaynarxett.az saytının muxbiri Məhluqə Usubova Sumqayıt şəhər Ceyranbatan şosesi, Tuq zavod qəsəbəsi deyilən ərazidə təzyiqlərə və təhqirlərə məruz qalıb. 

Məhluqə Usubovanın dediyinə görə, əhvalat bu cür baş verib:

"Avqustun 11-də Sumqayıt şəhəri Ceyranbatan şosesi, Tuq zavodu qəsəbəsi deyilən ərazidə hüzür məclisinə getmişdik. Hüzürdəkilər ətrafdan gələn pis qoxudan gileylənirdilər. Elə biz də bu səbəbdən hüzürdə cox qala bilmədik. Öyrəndik ki, qoxu ətrafda yerləşən dəri sexindən yayılır.

Biz həmin əraziyə yaxınlaşdıq. Sexin girəcəyində "işləmir" yazilsa da maşinlar dalbadal əraziyə girib-cixirdi. Müdiryyyeti soruşduqda burada olmadıqını dedilər, əlimizdən kameranı almaq isdədilər. İçəridən bir nece kişi cıxdı bizimlə mübahisəyə başladılar. Mən onlara gəlişimizin məqsədini başa salmaq istəyirdim ki, Teymur deyilən müdirin işcilərindən biri məni əxlaqsiz söyüşlərlə təhqir etməyə başladı. Nə qədər şərəfsiz olasan ki, qadını belə təhqir edəsən? Biz maşına əyləşib ərazidən cıxmaq istəyəndə icəridən bir qırmızı rəngli "qazel" cıxıb bizim maşının qabaqını kəsdi və yenidən bizi pis söyüşlərlə təhqir etməyə başladı. Biz cətinliklə olsa da ərazidən cıxıb, 5-ci polis bölməsinə gəldik və hadisə ilə baglı ərizə yazdıq, görüntünü tələb etdik. Helə ki, bir məlumat verən yoxdu."

Məhluqə Usubova onu da bildirir ki, hadisədən 13 gün kecməsinə baxmayaraq 5-ci polis bölməsi hec bir tədbir görmür: "Dünən bu barədə DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə məlumat verdim. Dərhal ciddi tədbir görüləcəyini bildirdi."






BİA.az
скачать dle 12.1