Bia.Az

Qadın gecə evinə dəvət etdiyi kişini yandırdı - Cinayətin təfərrüatı

Hadisə
 4-08-2022, 18:34     22

Rusiyada Xakasiya Respublikasında qadın rəqs etmək istəməyən qonağı bilmədən yandırıb. Qadın evin döşəməsinə benzin tökərək onu zarafatla yandırmaqla hədələyib.

7News.Az bildirir ki, bu barədə cümə axşamı, avqustun 4-də Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə nümayəndəsi Yuliya Arbuzova məlumat verib.

Məlumata görə, hadisə Taştıp kəndində baş verib - iyulun 31-nə keçən gecə tanış kişi yerli sakinə baş çəkməyə gəlib, onlar birlikdə spirtli içki qəbul ediblər. Evin xanımı qonağı rəqs etməyə dəvət edib. Bunun üçün o, hətta benzini döşəməyə tökərək, zarafatla onu yandırmaqla hədələyib. Lakin sonradan evin sahibəsi qonağın siqaretini yandırarkən təsadüfən benzini yandırıb. Qadın çölə qaça bilib, qonaq isə yanan otaqda qalıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sonradan müəyyən etdiyi kimi, onun ölümü dəm qazından zəhərlənmə nəticəsində baş verib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə cinayət işi başlanıb, bunun üçün maksimum cəza iki il həbsdir.
скачать dle 12.1