Bia.Az

ABŞ-da jurnalisti öldürən azərbaycanlı "Lotu Quli"nin ADAMI ÇIXDI

Hadisə
 3-08-2022, 17:43     32

ABŞ-da İran dissidenti Məsih Əlinejadı qətlə yetirməkdə şübhəli bilinərək Xalid Mehdiyev saxlanılıb. Azərbaycan vətəndaşı olan 23 yaşlı X.Mehdiyevlə bağlı bəzi təfərrüatları məlum olub.

BİA.az Lent.az-a istinadən xəbər verir ki, İranın tanınmış hüquq müdafiəçisi və jurnalist Məsih Əlinejadın həyatına qəsddə şübhəli bilinən Azərbaycan vətəndaşı Xalid Mehdiyevin kriminal aləmin üzvü olduğu məlum olub.

O, kriminal aləmdə "Əhmədli Xalid" kimi tanınır. Onun mərhum qanuni oğru "Lotu Quli" ləqəbli Nadir Səlifovun tərəfdarı olduğu bildirilir.

Yaşı az olmasına baxmayaraq, "Əhmədli Xalid" kriminal "razborka"larda iştirak edib və sifarişli cinayətlər törətdiyi qeyd edilir.

Həmçinin bildirilir ki, ABŞ polisi Xalid Mehdiyevin “Subaru Forester” markalı avtomobilindən “AK-47” avtomat silahı, patron darağı və 1000 dollar pul aşkarlayıb.


Qeyd edək ki, bir neçə gün əvvəl İranın tanınmış hüquq müdafiəçisi və jurnalisti Məsih Əlinejadın həyatına qəsddə şübhəli bilinən Xalid Mehdiyevin fotosu dərc edilib. Məlumata görə, 23 yaşlı X.Mehdiyev iki dəfə hüquq müdafiəçisinin Bruklin ərazisindəki evində peyda olub. Müşahidə kameraları qurbanını izləyən şübhəli şəxsin görüntüsünü qeydə alıb.скачать dle 12.1