Bia.Az

LAÇIN İSTİQAMƏTİNDƏ ATIŞMA - Əsgərimiz şəhid oldu

Hadisə
 3-08-2022, 11:53     63

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.


Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.


Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!

Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.скачать dle 12.1