Bia.Az

Bakıda mağazalardan 5 min manatlıq oğurluq edildi

Hadisə
 28-03-2020, 15:09     76

Bakıda mağazalardan 5 min manatlıq oğurluq edildiBakıda mağazalardan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "bia.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan pul, 40 manat dəyərində danışıq kartları və 5 000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.скачать dle 12.1