Bia.Az

ŞİRVAN ŞƏHƏRİNDƏ 5 VƏZİFƏLİ ŞƏXS SAXLANILDI - Adları məlum oldu (Yenilənib)

Hadisə
 8-06-2022, 10:55     411

Xəbər verdiyimiz kimi, dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

Əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov saxlanılıb.

Əməliyyat zamanı həmçini İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxslərinin də saxlanıldığı bildirilir.

Bundan əlavə Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı da həbs edilib.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan rayonunda əməliyyat keçirib.

"AzPolitika.info"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsində axtarışlar aparılıb. İdarələrin bir neçə vəzifəli əməkdaşı  saxlanılıb.

Bundan əlavə Dövlət Arxivinin Şirvan filialında da əməliyyat keçirilib. Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb.

Məlumata görə Şirvan Bələdiyyəsinin əməkdaşları arasında da saxlanılanlar var.
Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.скачать dle 12.1