Bia.Az

Bloger Cəmil Quliyevlə bağlı Yasamal Prokurorluğuna yeni şikayətlər daxil olub

Hadisə
 23-05-2022, 15:10     95

Narkotik istifadə etdiyinə görə həbs  olunan bloger Cəmil Quliyevlə bağlı Yasamal Prokurorluğuna yeni şikayətlər daxil olmaqdadır. Belə ki, bu ilin aprel ayının 7-də model Yeganə Ağayeva əllidən çox müxtəlifnöv dərmanları qəbul edərək intihara cəhd etmiş və yaxınları tərəfindən vaxtında xəstəxanaya çatdırılması nəticəsində həkimlər modelin həyatını xilas etmişdir.

Yeganə Ağayeva intihara cəhd etməzdən əvvəl öz imzası ilə məktub yazıb bloger Cəmil Quliyevin şantajlarından bezdiyini və intihar səbəbinin bu şantajlar olmasını göstərmişdir. Bununla bağlı Yasamal Prokurorluğunda araşdırılma aparılmış və Yeganə Ağayeva vəkilinin iştirakı ilə izahatını yazmışdır.

Bu günlərdə isə redaksiyamıza daxil olan məlumata görə , bir neçə xanım da bloger Cəmil Quliyev tərəfindən şantaj olunaraq pul tələb olunmaları ilə bağlı Yasamal Prokurorluğuna şikayət olunub. Əldə etdiyimiz məlumata görə, həmin xanımlar Cəmil Quliyevə ödədikləri pulların kartdan çıxarışlarını da prokurorluğa təqdim ediblər.


скачать dle 12.1