Bia.Az

Azərbaycan hərbi qulluqçusuna hücum

Hadisə
 4-12-2021, 12:20     268

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun Xocavənd rayonundakı mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu dekabrın 3-ü saat 13 radələrində mülki geyimli erməninin hücumuna məruz qalıb. Həmin şəxs hərbi qulluqçunun silahını ələ keçirməyə cəhd göstərib, hərbi qulluqçu havaya atəş açandan sonra özünü müdafiə etmək məqsədilə onu zərərsizləşdirib.

Müdafiə Nazirliyi bildirir ki, hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərb hissəsini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib, Ağdam rayonunda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi qurulub.скачать dle 12.1