Bia.Az

Hafiz Hacıyevin vəziyyəti ağırdır - "Millətimin dərdini çəkməkdən bu günə düşmüşəm"

Hadisə
 6-11-2021, 12:05     258

Koronavirusa yoluxduğu üçün uzun müddətdir “Yeni Klinika”da müalicə olunan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gün evə buraxılıb.

Siyasətçi yenisabah.az-a açıqlamasında səhhətindəki problemlərin tamamilə aradan qalxmadığını, bu səbəbdən müalicəsini ev şəraitində həkim nəzarətində davam etdirəcəyini deyib: 

“Hazırda ev şəraitindəyəm, tam nəfəs ala bilmirəm. Evdə müalicəm davam edir, həkimlərin nəzarətindəyəm, süni nəfəs aparatı ilə nəfəs alıram. Həkimlərə minnətdaram, çox yaxşı nəzarət edirlər”.

Hafiz Hacıyev sosial şəbəkələrdə onun haqqında yazılan fikirlərə də münasibət bildirib:

 “Mən hər zaman millətim üçün həyatımı, canımı ortaya qoymuşam. Millətimin yolunda hər dəqiqə ölümə hazır olmuşam. Əgər mənə belə qiymət verirlərsə, Allahları bilsin. Mən indi bilirəm ki, millət üçün yananla-yanmayanın heç bir fərqi yoxdur.

Kim nə deyir desin, mən millətimə, dövlətimə bağlı insanam. Haqq yolunda şam kimi əriyirəm. Millətimin dərdini çəkməkdən, haqqını deməkdən bu günə düşmüşəm. Əgər millət biz siyasilərə bu cür qiymət verirsə, Allah onlara kömək olsun”.скачать dle 12.1