Bia.Az

Şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxs həbs olundu

Hadisə
 16-10-2021, 12:30     380

"Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi üzrə aparılan prosessual tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov, əvvəllər məhkum olunan, 1993-cü il təvəllüdlü Sürət Məmmədov, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Tural Əhmədov, 2000-ci il təvəllüdlü Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və əvvəllər məhkum olunan, 1967-ci il təvəllüdlü Telman Nağıyev xuliqanlıq zəminində həmyerliləri 1983-cü il təvəllüdlü Aqil İbrahimovu döyməkdə təqsirləndirilərək istintaqa cəlb ediliblər. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir", - DİN rəsmisi vurğulayıb.скачать dle 12.1