Bia.Az

POLİS ARVADINA 15 DƏFƏ ATƏŞ AÇIB... - Yeni TƏFƏRRÜAT + VİDEO

Hadisə
 1-10-2021, 11:34     69

Bakıda polisin həyat yoldaşını qətlə yetirməsinin daha bir təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı olub.

İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.
Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı iki azyaşlı uşağının gözü qarşısında xidməti silahı ilə 15 dəfə atəş açaraq güllələyib. Qadın hadisə yerində keçinib.

Qeyd edək ki, dünən İ.Məmmədovun üzərindəki tabel silahı ilə arvadını altı dəfə atəş açaraq qətlə yetirdiyi deyilirdi.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.


скачать dle 12.1