Bia.Az

Goranboyda avtomobil qəzası olub, xəsarət alan var

Hadisə
 23-03-2020, 11:53     386

Goranboyda avtomobil qəzası olub, xəsarət alan var


Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"bia.az"in Qərb Mərkəzinin məlumatına görə, hadisə avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilin maneə çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Sevinc Nuriyeva xəsarət alıb və xəstəxanaya aparılıb.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1