Bia.Az

Bakıda peyvənd olunmaq istəyən ər-arvad aranı qarışdırdı: şüşəni sındırdı, həkimlər yaralandı

Hadisə
 1-09-2021, 13:13     316

Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb. 
Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. 
Belə ki, arvadı ilə vaksinasiya növbəsinə gələn kişi poliklinikanın qapısını sındırıb. 
Səhiyyə Nazirliyindən ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib:
“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib”.
Qurumdan qeyd edilib ki, faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub.скачать dle 12.1