“Planet” şadlıq sarayın rəhbəri məsuliyyətə cəlb olundu
Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən “Planet” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Ölkə.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.