Bia.Az

Azərbaycanda güclü partlayış: ölən var - FOTO

Hadisə
 30-08-2021, 10:16     249

Şirvanda güclü partlayış baş verib.

“Qafqazinfo” məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

Partlayış zamanı sexdə gecə növbəsində işləyən şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu həyatını itirib.

Partlayışın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, hadisə zamanı sexin qarşısında olan bir avtomobilə də ciddi ziyan dəyib.

<embed width="640" height="360" src="https://player.olke.az?v=2036&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>скачать dle 12.1