Bia.Az

Erməni silahlı bölmələri Şuşanın Sarıbaba kəndini tərk edib

Hadisə
 18-08-2021, 11:42     217

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin  əsgərləri bir neçə gün əvvəl Şuşanın Sarıbaba kəndini tərk edib gediblər. Nəticədə kənd hazırda müdafiəsiz qalıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda “kənd icmasının rəhbəri” Artak Akopyan bildirib.
“Kənd müdafiəsiz qalıb. Şaiyələrə əsasən əsgərlərimiz mövqelərindən ona görə çəkiliblər ki, azərbaycanlılar da  3 kilometr geri çəkilsin. Amma hələlik heç nə baş vermir”,-o deyib.
Akopyanın sözlərinə görə, müəyyən vaxt Rusiya sülhməramlıları kəndi müdafiə etmək üçün gəliblər, amma sonra onlar da gediblər və daha geri qayıtmayıblar.
Sarıbaba (ermənilər bu kəndi “Yextsaoğ” adlandırırlar) kəndi Laçın-Xankəndi yolunun, yaxud Laçın dəhlizinin şimalında yerləşir, ona ən yaxın yaşayış məntəqəsi Göytala kəndidir.
Eyni adlı dağın ətəyində yerləşən Sarıbaba kəndində vaxtilə ermənilər məskunlaşdıqdan sonra onun adını dəyişdirmişdilər, kənd 1992-ci ildə işğal altına düşüb.скачать dle 12.1