Bia.Az

Həlak olan zabitlə vida mərasimi keçirilir - FOTO

Hadisə
 10-08-2021, 11:09     224

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayevin nəşi doğulduğu Oğuz rayonunun Calut kəndinə gətirilib.
"Report" xəbər verir ki, 1999-cu il təvəllüdlü, İ.Babayevlə yaşadığı evdə vida mərasimi keçirilir.

Daha sonra zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Vida mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Həlak olan zabitlə vida mərasimi keçirilir - FOTOскачать dle 12.1