Bia.Az

Bu yollarda tıxac var - Siyahı

Hadisə
 30-07-2021, 09:55     234

Paytaxt yollarındakı vəziyyət açıqlanıb.
BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan yollar haqqında məlumat yayıb:
1. Bakı-Sumqayıt şossesi - Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, "20 Yanvar" dairəsi istiqamətində;
2. Afiyəddin Cəlilov küçəsi - Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən Cavanşir körpüsünün üzəri istiqamətində;
3. Yavər Əliyev küçəsi - Aeroport şossesinə çıxan yol;
4. Zabrat şossesi - Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində;
5. Binəqədi şossesi - əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;
6. Ziya Bünyadov prospekti-Əsas yol - əsasən Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi - Təbriz küçəsi ilə kəsişmə olan hissəsindən başlayaraq Akademik Həsən Əliyev küçəsi istiqamətində.скачать dle 12.1