Bia.Az

Rektorun müşaviri və komendant bıçaqlandı - BDU-da NƏ BAŞ VERİR?

Hadisə
 27-07-2021, 22:09     303

BİA.AZ xəbər verir ki, bu gün saat 11-12 radələrində Bakı Dövlət Universitetində əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bədaliyevə biçaqla xəsarət yetirilib. Xəsarət alan şəxslər Təcili yardım vasitəsi ilə Respulika Kliniki xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti həkim nəzarəti altındadır.

Hadisəni tötətməkdə təqsirli bilinən, son günlər dövrü mətbuatda keçmiş rektor Abel Məhərrəmova qarşı 800 min iddia ilə gündəmə gələn BDU-nun təsərrüfat işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla baglı araşdırmalar aparılır.скачать dle 12.1