Bia.Az

HƏRBÇİLƏRİ DAŞIYAN AVTOMOBİL AŞIB - 15 nəfər xəsarət alıb - FOTOLAR (Yenilənib)

Hadisə
 18-07-2021, 15:15     243

Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya bildirib ki, hadisə günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib.
Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN rəsmisi vurğulayıb.
E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.
***
Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
“Report”un Qərb bürosunun məlumatına görə, nəticədə 10-dan çox hərbçi xəsarət alıb.
Onlardan bir neçəsinin xəsarəti ciddidir.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.скачать dle 12.1