Bia.Az

Vergilər Nazirliyinin külli miqdarda vəsaiti mənimsənildi — Cinayət İŞİ

Hadisə
 14-03-2020, 13:32     95

Vergilər Nazirliyinin külli miqdarda vəsaiti mənimsənildi — Cinayət İŞİ

Azərbaycanda Vergilər Nazirliyinin vəsaitini mənimsəməkdə ittiham olunan şəxsinin barəsində cinayət işi başlanıb.


bia.az-ın əldə etdiyi məlumata görə, Teyfur Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda vəsaiti mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə Vergilər Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb.


Teyfur Məmmədov nazirliyin əməkdaşı olub.


Onun barəsində olan cinayət işi üzrə istintaq başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib.


Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı təyin olunacaq.


Bundan sonra məhkəmə iclası başlanacaq.скачать dle 12.1