Bia.Az

DİN atanın oğlu tərəfindən öldürülməsi ilə bağlı məlumat yaydı

Hadisə
 12-03-2020, 15:13     71

DİN atanın oğlu tərəfindən öldürülməsi ilə bağlı məlumat yaydıMartın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə "bia.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb.

Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.скачать dle 12.1