Bia.Az

Ölüm statistikası: Azərbaycan və yaxın ölkələr

Hadisə
 11-03-2021, 11:20     831

Martın ilk 10 günündə Azərbaycanda 37 nəfər koronavirus infeksiyasından vəfat edib.

Yanvarda 491, fevralda 88 ölüm qeydə alınıb.

İnfeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib, həmin il 2641 itki ilə bitib.

Son rəsmi hesabata görə, ölkədə ümumən 3257 nəfər koronavirus qurbanı olub.

Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 90275 nəfər.

İranın itkisi 60928 nəfər, Türkiyənin itkisi 29227 nəfər göstərilir.

Digər yaxın ölkələri Worldometers.info itki sayına görə belə sıralayır:

Ukrayna – 27423 nəfər
Moldova – 4183
Gürcüstan – 3613
Litva – 3351
Ermənistan – 3237
Qazaxıstan – 2821
Belarus – 2063
Latviya – 1726
Qırğızıstan – 1476
Estoniya – 677
Özbəkistan – 622
Tacikistan – 90.скачать dle 12.1