SON DƏQİQƏ! DƏHŞƏTLİ FƏLAKƏT - İstanbuldan BƏD XƏBƏR
Türkiyənin ən böyük əhalisinə sahib İstanbulda baş verə biləcək 7,5 bal gücündə zəlzələ böyük fəlakətlərə səbəb ola bilər.
Publika.az xəbər verir ki, İstanbul Valiliyi Seysmik Riskin Azaldılması və Təcili Hazırlıq Layihəsinin (ISMEP) meneceri Kazım Gökhan Elgin bu barədə danışıb.
Onun sözlərinə görə, İstanbulda böyük maqnitudada zəlzələ 150 milyard dollarlıq zərərə başa gələ bilər: “1999-cu il Mərmərə zəlzələsində 10-15 milyard dollar maddi zərər yaşadıq.
Bu rəqəm ümumi daxili məhsulun 5-7 faizi idi. İstanbul dünyada zəlzələ riski yüksək olan 3 şəhərdən biridir. 15 milyon insan yaşayır.
Qeyd edək ki, mütəxəssislər yaxın zamanlarda İstanbulda böyük miqyasda zəlzələnin ola biləcəyini ehtimal edir.