Bia.Az

Sumqayıtda 41 yaşlı qadının meyiti evində tapılıb

Hadisə
 20-07-2026, 01:42     14

Sumqayıtda qadın meyiti aşkarlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Natella Ağabəy qızı Sayadovanın meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbi və digər təfərrüatlar araşdırmanın gedişində müəyyənləşdiriləcək.скачать dle 12.1